...

KONSTİTUSİYA MƏHKƏMƏSİ 7-Cİ İLDÖNÜMÜNÜ QEYD EDƏCƏK

Siyasət Materials 13 İyul 2005 11:51 (UTC +04:00)

İyulun 14-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 7-ci ildönümü qeyd olunacaq. Bu barədə Trend ə KM-in mətbuat xidmətindən xəbər verilib.

Məlumatda, yubiley münasibətilə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin KİV nümayəndələri ilə görüşünün təşkil olunacağı bildirilib.

Brifinqdə həmçinin KM-in hakimlərindən Eldar Məmmədov, Rafael Qvaladze və başqaları iştirak edəcəklər. Tədbirdə KM-in yaranmasından indiyədək keçən müddət ərzində ölkənin ali məhkəmə instansiyası tərəfindən görülmüş işlər, eləcə də qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti