...

TÜRKİYƏNİN MÜDAFİƏ NAZİRİNİN AZƏRBAYCANA SƏFƏR PROQRAMI ZƏNGİNDİR

Siyasət Materials 13 İyul 2005 12:14 (UTC +04:00)

İyulun 19-da Türkiyənin müdafiə naziri Vecdi Gönülün Azərbaycana səfəri başlayır.

Bu haqda Trend ə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Məlumatda müdafiə nazirinin qarşıdakı səfərinin Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin ötən ilin sonunda Türkiyəyə səfərinə cavab olaraq gerçəkləşəcəyi qeyd edilib.

Türkiyənin müdafiə naziri Vecdi Gönül Azərbaycanda olacağı 3 gün ərzində ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Onun görüşəcəyi şəxslər arasında Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə yanaşı xarici işlər naziri Elmar Məmmədyarov, baş nazir Artur Rasizadə və başqaları da var.

Türkiyənin müdafiə naziri Vecdi Gönülün Azərbaycana səfəri iyulun 22-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti