...

BÖYÜK AZƏRBAYCAN PARTİYASI SEÇKİDƏ 50-YƏ YAXIN NAMİZƏD İRƏLİ SÜRƏCƏK

Siyasət Materials 13 İyul 2005 12:23 (UTC +04:00)

Böyük Azərbaycan Partiyası (BAP) parlament seçkilərində iştirak edəcək namizədlərini və onların seçki dairələrini müəyyənləşdirib. Partiyanın sədri Elşad Musayev Trend ə bildirib ki, seçkidə 50-ə yaxın şəxsin namizədliyi irəli sürürüləcək. BAP-ın qeydiyyat problemi hələ də həll edilmədiyindən seçkidə namizədliyi partiya rəhbəri kimi qeydə alınmır. Lakin partiya üzvləri fərdi qaydada seçkidə iştirak edəcəklər. E.Musayevin sözlərinə görə, namizədlər və onların seçki dairələri müəyyənləşdiyindən hazırda sənədlərin hazırlanması üzərində iş gedir. BAP sədri özü 19 saylı Nərimanov rayon 1-ci seçki dairəsindən namizədliyini irəli sürəcəyini deyib.

Elşad Musayev onu da bildirib ki, BAP-ın Mərkəzi Şurası parlament seçkisində iştirakla bağlı heç bir seçki blokuna qoşulmamağa qərar verib. "Biz seçkidə müstəqil şəkildə iştirak edəcəyik. Yaranan bəzi blokların hüquqi əsası yoxdur. Çünki seçki blokları qeydiyyatdan keçmiş ən azı üç partiya tərəfindən yaradıla bilər. Qeyri-qanuni, anormal bloklaşma prosesinə qoşulmaq niyyətində deyilik"-deyə E.Musayev əlavə edib.

Xəbər lenti

Xəbər lenti