...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İRAN PREZİDENTİNİN XƏZƏR MƏSƏLƏLƏRİ ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİNİ QƏBUL EDİB

Siyasət Materials 13 İyul 2005 16:49 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyulun 13-də İran İslam Respublikası prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mehdi Səfərini qəbul edib.

Trend agentliyi bildirir ki, Mehdi Səfəri görüşdə Azərbaycan və İran prezidentlərinin imzaladığı sazişlər əsasında gerçəkləşdirilən iqtisadi layihələrin, xüsusilə Naxçıvan Muxtar Respublikası (NMR) ilə bağlı layihələrin müvəffəqiyyətlə həyata keçirildiyini qeyd edib. İran prezidentinin xüsusi nümayəndəsi İranın yeni seçilmiş prezidenti Mahmud Əhmədinejadın cavab məktubunu prezident İlham Əliyevə təqdim edib.

O, qeyd edib ki, İranın yeni rəhbərliyi Azərbaycan ilə dostluq və qardaşlıq münasibətlərini bundan sonra da inkişaf etdirəcək.

Öz növbəsində Azərbaycan prezidenti qeyd edib ki, Azərbaycan-İran əlaqələri bundan sonra da müvəffəqiyyətlə inkişaf etdiriləcək.

Prezident İ.Əliyev energetika və yol tikintisi sahəsində ikitərəfli əməkdaşlığın müsbət nəticələrini, eləcə də Naxçıvan Muxtar Respublikasının ərazisində layihələrin uğurla gerçəkləşdirildiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti