...

MADLEN OLBRAYT "YENİ SİYASƏT" SEÇKİ BLOKUNUN RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 13 İyul 2005 17:01 (UTC +04:00)

İyulun 13-də Azərbaycanda səfərdə olan ABŞ-nın keçmiş dövlət katibi, Milli Demokratiya İnstitutunun (MDİ) rəhbəri Madlen Olbrayt "Hyatt Regency" mehmanxanasında "Yeni Siyasət" (YeS) seçki blokunun Koordinasiya Şurasının(KŞ) üzvləri ilə görüşmüşdür.

Bu haqda "YeS"in mətbuat xidmətinin rəhbəri Elza Alışova Trend ə müsahibəsində bildirmişdir. Onun sözlərinə görə, görüşdə KŞ-nın üzvlərindən Eldar Namazaov, Etibar Məmmədov və Əli Məsimov iştirak etmişlər.

Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət , parlament seçkilərinə hazırlıq məsələləri müzakirə olunmuşdur.

KŞ üzvləri seçki qanunvericiliyinin təkmilləşdirilməsi,seçkilərin monitorinqin təkşili, telekanallarda iqtidar və müxalifət nümayəndələrinə bərabər şəraitin yaradılması və s. məsələlər ətrafında müzakirələr aparılmışdır.

Görüşdə həmçinin , seçki blokunun strategiyası və taktikası barədə MDİ rəhbərinə ətraflı məlumat veirlmişdir.

Xəbər lenti

Xəbər lenti