...

QAT QARABAĞDA SÜLHMƏRAMLI QÜVVƏLƏRİN YERLƏŞDİRİLMƏSİNİ YOLVERİLMƏZ HESAB EDİR

Siyasət Materials 13 İyul 2005 17:03 (UTC +04:00)

"Qarabağın həmişəlik itirilməsi təhlükəsi reallaşmaqdadır. Beynəlxalq təşkilatlar seçkiöncəsi yaranmış mürəkkəb vəziyyətdən istifadə edərək Azərbaycan cəmiyyətinə və iqtidarına öz təzyiqlərini artırır, onun ciddi güzəştə getməsinə çalışır". Trend in məlumatına görə, bu fikirlər Qarabağ Azadlıq Təşktlatının (QAT) bəyanatındandır.

ATƏT-in Parlament Assambleyasının xüsusi məruzəçisi Qoran Lenmarker açıq şəkildə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ehtimalını bəyan edir, Avropa Şurasının baş katibi Terri Devis Azərbaycan öz ərazilərini işğaldan azad edəcəyi təqdirdə Avropa Şurasından çıxarılacağı ilə hədələyir. QAT-ın bəyanatında deyilir ki, Qarabağla bağlı real təhlükələr qarşısında bəzi məmurlar xalqın etirazlarının qarşısını almağa çalışır.

Təşkilat hesab edir ki, beynəlxalq təşkilatların, Minsk qrupunun Azərbaycanın maraqlarına zidd fəaliyyətinə dərhal son qoyulmalı, Azərbaycan hakimiyyəti beynəlxalq təzyiqlərdən azad olmalıdır.

Beynəlxalq qurumlar dərhal Ermənistanı təzavüzkar dövlət kimi tanımalı, ona qarşı sanksiyalar tətbiq etməli, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılmasına nail olmalıdırlar.

QAT bəyan edir ki, Qarabağda keçirilə biləcək hər hansı referendum haqqında danışıqlar dərhal dayandırılmalıdır. Birtərəfli qaydada Qarabağa heç bir status verilə bilməz.

Ermənistandan zorla çıxarılmış 200 mindən çox azərbaycanlı öz yerlərinə qaytarıldıqdan sonra onlara veriləcək statusa uyğun olaraq Dağlıq Qarabağdakı ermənilərə həmin status verilə bilər.

QAT həmçinin Dağlıq Qarabağ və ətraf rayonlara sülhməramlı qüvvələr yerləşdirilməsini yolverilməz hesab edir. Çünki Ermənistanın bir daha təcavüzkar hərəkətələrə yol verməməsi üçün sülhməramlı qüvvələr Azərbaycanın Ermənistanla sərhəddində yerləşdirilməlidir.

Xəbər lenti

Xəbər lenti