...

DEMOKRATİK İSLAHATLAR PARTİYASININ İQTİSADİ PROQRAMI QƏBUL EDİLİB

Siyasət Materials 13 İyul 2005 18:35 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının (DİP) qeydiyyatdan keçmək üçün müvafiq sənədləri Ədliyyə Nazirliyinə təqdim olunacaq. Partiyadan Trend ə bildirib ki, bu qərar iyulun 13-də DİP Siyasi Şurasının iclasında qəbul edilib.

İclasda ölkədəki ictimai-siyasi durum, qarşıdan gələn parlament seçkilərinə hazırlıq, partiyanın qeydiyyatı, iqtisadi proqramının qəbulu ilə bağlı məsələlər müzakirə edilib. Siyasi Şura üzvləri partiyanın iqtisadi proqramını qəbul ediblər.

Bundan əlavə, parlament seçkilərində iştirak etmək üçün partiyanın ayrı-ayrı dairələr üzrə namizədləri müəyyənləşdirilib. DİP-in qeydiyyata alınması üçün sənədlərin Ədliyyə Nazirliyinə göndərilməsi də qərara alınıb.

Xəbər lenti

Xəbər lenti