...

AZƏRBAYCAN PREZİDENTİNƏ YAPONİYAYA RƏSMİ SƏFƏRƏ DƏVƏT MƏKTUBU TƏQDİM EDİLİB

Siyasət Materials 13 İyul 2005 18:38 (UTC +04:00)

İyulun 13-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Yaponiyanın beynəlxalq əlaqələr institutunun direktoru, xarici işlər nazirliyinin baş müşaviri, səfir Toşiyuki Fucivaranı qəbul edib.

Trend agentliyi bildirir ki, T.Fucivara Bakıya baş nazir Dzünitiro Koidzuminin Azərbaycan prezidentini Yaponiyaya rəsmi səfərə dəvət etmək barədə tapşırığı ilə gəldiyini bildirib.

Toşiyuki Fucivara qeyd edib ki, Azərbaycan-Yaponiya əlaqələri Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya rəsmi səfərindən sonra sürətlə inkişaf etdirilməyə başlayıb.

"Mən əminəm ki, Azərbaycan dövlət başçısının Yaponiyaya qarşıdakı səfəri Bakı ilə Tokio arasında əməkdaşlığın inkişafında mühüm rol oynayacaq"-deyə diplomat qeyd edib.

Prezident İlham Əliyev, öz növbəsində, Yaponiyanın baş nazirinə dəvət üçün təşəkkürünü bildirib və qeyd edib ki, Azərbaycan-Yaponiya əlaqələri bütün istiqamətlərdə inkişaf etdirilir.

Azərbaycan dövlətinin başçısı həmçinin Toşiyuki Fucivaranın iki ölkə arasında əlaqələrin inkişafındakı xidmətlərini yüksək qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti