...

PREZİDENT İLHAM ƏLİYEV QIRĞIZISTANIN YENİ PREZİDENTİNƏ TƏBRİK MƏKTUBU GÖNDƏRİB

Siyasət Materials 13 İyul 2005 18:40 (UTC +04:00)

Trend agentliyi bildirir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Qırğızıstanın yeni seçilmiş prezidenti Kurmanbek Bakiyevə təbrik məktubu göndərib.

"Sizi Qırğızıstan Respublikasının prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.Əminəm ki, Azərbaycanla Qırğızıstan arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələri bundan sonra da daim inkişaf etdiriləcək və xalqlarımızın rifahı, eləcə də regionda sülh, təhlükəsizlik və irəliləyiş naminə möhkəmləndiriləcək" -deyə prezident İlham Əliyev məktubda qeyd edib və K.Bakiyevə dövlətçilik fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Xəbər lenti

Xəbər lenti