...

AZƏRBAYCAN PREZİDENTİ FRANSALI HƏMKARINA TƏBRİK MƏKTUBU GÖNDƏRİB

Siyasət Materials 13 İyul 2005 19:19 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Fransanın milli bayramı - Bastiliyanın alınması günü münasibətilə Fransa Respublikasının prezidenti Jak Şiraka təbrik məktubu göndərib.

Trend agentliyinin məlumatına görə, İ. Əliyevin təbrik məktubunda deyilir: "Fransa ilə əlaqələrin hərtərəfli inkişafı Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.

Ötən illər ərzində ikitərəfli əlaqələrimiz böyük təkamül yolu keçərək qarşılıqlı faydalı əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. Biz beynəlxalq aləmdə siyasi məsələlərdə Fransanın Azərbaycana layiqli dəstəyini hiss edir və bunu yüksək qiymətləndiririk".

ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın roluna toxunaraq İ. Əliyev bildirib ki, bu ölkə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində fəal iştirak edir.

"Ümid edirəm ki, Sizin rəhbərliyiniz altında Fransa əzmkarlığını davam etdirərək bu məsələnin tezliklə ədalətli həllinə nail olmaq üçün səylərini daha da artıracaq" - deyə İ. Əliyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti