...

AZƏRBAYCANLA AVSTRİYANIN DAXİLİ İŞLƏR NAZİRLİKLƏRİ ARASINDA ƏMƏKDAŞLIĞA DAİR SAZİŞ İMZALANACAQ

Siyasət Materials 14 İyul 2005 11:07 (UTC +04:00)

İyulun 14-də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Avstriyanın Federal daxili işlər naziri xanım Liza Prokopun dəvəti ilə bu ölkəyə rəsmi səfərə yola düşüb. Bu barədə Trend ə DİN-in mətbuat xidmətindən bildiriblər.

İki gün davam edəcək səfər çərçivəsində Ramil Usubovun Avstriyanın daxili işlər və ədliyyə nazirləri, baş prokuror, Ali məhkəmənin sədri, parlament sədrinin müavini və digər rəsmi şəxslərlə, habelə BMT Baş katibinin müavini, BMT Vyana ofisinin baş direktoru, BMT Narkotiklər və cinayətkarlıq idarəsinin icraçı direktoru, eləcə də mətbuat nümayəndələri ilə görüşləri planlaşdırılıb.

Məlumatda , daha sonra, səfərin sonunda Azərbaycanla Avstriyanın Daxili İşlər Nazirlikləri arasında "Polis fəaliyyəti sahəsində əməkdaşlıq haqqında" saziş imzalanacağı bildirilib.

Xəbər lenti

Xəbər lenti