...

MADLEN OLBRAYT: AZƏRBAYCAN DEMOKRATİK TƏKAMÜL PROSESİ KEÇMƏLİDİR

Siyasət Materials 14 İyul 2005 12:09 (UTC +04:00)
MADLEN OLBRAYT: AZƏRBAYCAN DEMOKRATİK TƏKAMÜL PROSESİ KEÇMƏLİDİR

"Azərbaycan demokratik təkamül prosesi keçməlidir, çünki məhz Azərbaycan xalqı buna layiqdir". Trend agentliyinin məlumatına görə, belə bəyanatla iyulun 14-də Bakıda keçirilmiş mətbuat konfransında Milli demokratiya institutunun direktorlar şurasının (NDİ) rəhbəri, ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt (Madeleine Albright) çıxış edib.

Azərbaycanda keçiriləcək parlament seçkilərinə toxunaraq, o bildirib ki, təkcə səsvermə prosesi deyil, həm də ölkədə seçkiqabağı dövr vacibdir.

Onun fikrincə, müxalifətin fəal strukturu demokratik cəmiyyətin fərqləndirici xüsusiyyətidir. "Mən müxəlifətin nə olduğunu bilirəm, çünki özüm də müxalifət sıralarında dayanıram", - deyə, Madlen Olbrayt vurğulayıb. O belə hesab edir ki, Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün söz azadlığı, siyasi partiyaların fəaliyyət azadlığı, QHT-in müstəqil işi, yerli və beynəlxalq müşahidə qruplar vasitəsilə seçki prosesi monitorinqinin azad keçirilməsi təmin olunmalıdır.

ABŞ-ın keçmiş dövlət katibinin fikrinə görə, hər bir dövlət özünün siyasi inkişaf təcrübəsinə malikdir və azərbaycan seçicisi öz seçimini etməlidir.

"Mən inanıram ki, Azərbaycanda demokratiya sülh - siyasi partiyaların inkişafı və azad seçkilər vasitəsilə inkişaf edəcək", - deyə, o vurğulayıb.

O bildirib ki, ABŞ və beynəlxalq ictimaiyyət Azərbaycana böyük diqqət ayırır. "Azərbaycan çox mühüm coğrafi mövqedə yerləşir və dinamik inkişaf edən iqtisadiyyata malikdir. Eyni zamanda ölkədə yeni lider seçilib, noyabrda isə parlament seçkiləri keçiriləcək".

Madlen Olbrayt Vaşinqton və Bakı arasında dostluq münasibətlərinin gələcəkdə də davam etdiriləcəyinə ümid bəslədiyini bildirib.

Xəbər lenti

Xəbər lenti