...

"AZADLIQ" VƏ "YeS" BLOKLARI MÜXALİFƏTİN KOORDİNASİYA MƏRKƏZİNDƏ TƏMSİL OLUNMAYACAQ

Siyasət Materials 14 İyul 2005 12:47 (UTC +04:00)

Bu həftənin sonu Müxalifətin Koordinasiya Mərkəzinin (MKM) yaradılması ilə bağlı saziş imzalanması gözlənilir. Bu barədə Trend ə ATA blokundan məlumat verilib. MKM-ə ATA blokuna, Azərbaycançı Qüvvələr Birliyinə (AQB), Demokratik Azərbaycan Blokuna (DAB) daxil olan partiyalar, həmçinin Milli Demokrat (Boz Qurd), Böyük Quruluş və digər partiyalar qoşulacaqlar. MKM-in təsis olunması barədə sənəd ilkin olaraq 30-dan çox partiya tərəfindən imzalanacaq.

Qurum təsis olunduqdan sonra parlament seçkisində iştirak edəcək namizədlərin seçki dairələrində toqquşmaması üçün razılaşma əldə olunması da nəzərdə tutulub. Qeyd edək ki, "Azadlıq" blokuna daxil olan AXCP (islahatçılar), ADP və Müsavat partiyaları, həmçinin "Yeni Siyasət" seçki blokunda təmsil olunan partiyalar MKM-ə qoşulmayacaq.

Xəbər lenti

Xəbər lenti