...

MUSA PƏNAHOV: ERMƏNİSTAN NƏQLİYYAT BLOKADASINDA DEYİL

Siyasət Materials 14 İyul 2005 14:35 (UTC +04:00)
MUSA PƏNAHOV: ERMƏNİSTAN NƏQLİYYAT  BLOKADASINDA DEYİL

Ermənistan nəqliyyat blokadasında deyil. Bu barədə Trend ə iyulun 14-də Azərbaycxanın nəqliyyat nazirinin müavini Musa Pənohov bəyan edib. "Əgər Ermənistan blokadada olsaydı, onda yükləri ala bilməzdi.

Bu gün Ermənistan ona zəruri olan yükləri Gürcüstan və İran vasitəsilə alır. Ona görə də Ermənistanın nəqliyyat blokadasında olması barədə iddialar həqiqətə uyğun deyil ", - deyə o qeyd edib.

Suximi-Tbilisi-Yerevan yeni dəmiryol marşrutunun açılmasını şərh edərkən

Pənahov bildirib ki, bu Ö hələlik yalnız ideyadır. "Bu artıq bir neçə ildir ki, səsləndirilir. Lakin layihə həll olunmamış siyasi problemlər üzündən hələlik yalnız ideya olaraq qalır ", - deyə nazir müavini bildirib.

Pənahov bu layihəni qeyri-perspektiv hesab edir. Belə ki, Suxumi-Tbilisi-Yerevan marşrutundan hələ SSRİ dövründə sərnişin daşınması üçün istifadə edilib. "Lakin yolların profilinin bu marşrutla yüklərin daşınmasına imkan verməməsi onu perspektivsiz edir ", - deyə o, sonda bildirib.

Xəbər lenti

Xəbər lenti