...

AZƏRBAYCAN PREZİDENTİ AĞ EV ADMİNİSTRASİYASININ KEÇMİŞ RƏHBƏRİ CON SUNUNUNU QƏBUL EDİB

Siyasət Materials 14 İyul 2005 16:43 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ağ Ev administrasiyasının keçmiş rəhbəri, Nyu-Hempşir ştatının keçmiş qubernatoru Con Sunununu qəbul edib.

Trend agentliyi bildirir ki, keçirilən dialoqda prezident İlham Əliyev Azərbaycanla ABŞ arasında müxtəlif istiqamətlərdə ikitərəfli əlaqələrin möhkəmləndiyini qeyd edib.Xüsusilə energetika və təhlükəsizlik sahəsində əməkdaşlıq fəal inkişaf etdirilir.

Ata Corc Buşun prezidentliyi dövründə Ağ ev administrasiyasının rəhbəri olmuş C.Sununu, öz növbəsində, Azərbaycan dövlət başçısı ilə ötən görüşü məmnunluqla xatırlayıb və qeyd edib ki, ötən dövr ərzində respublikada böyük və müsbət dəyişikliklər baş verib.

Xəbər lenti

Xəbər lenti