...

ƏLİ ƏLİYEV: "MÜXALİFƏTİN VAHİD NAMİZƏDLƏRİNİ MÜƏYYƏNLƏŞDİRMƏK ÜÇÜN "YENİ SİYASƏT" VƏ "AZADLIQ" BLOKLARINDAN İBARƏT QRUP YARADILMALIDIR

Siyasət Materials 14 İyul 2005 16:55 (UTC +04:00)

"Yeni Siyasət" seçki blokunun qeydiyyatdan keçmək üçün sənədləri iyulun 15-də Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunacaq. Bu barədə Trend ə seçki blokunun üzvü, AMİP sədri Əli Əliyevi məlumat verib.

O, bildirib ki, "Yeni Siyasət" blokunun bütün sənədləri artıq hazırlanıb və qeydiyyata alınması üçün sabah təqdim ediləcək.

Bundan sonra seçki bloklarında təmsil olunan partiyaların və fərdi şəxslərin sənədləri hazırlanıb MSK-ya veriləcək. Əli Əliyevin sözlərinə görə, bu proses iyulun 25-dək başa çatmalıdır.

AMİP sədri bildirib ki, "Yeni Siyasət" bloku digər müxalifət partiyaları və seçki blokları ilə birgə vahid namizədlər müəyyən etmək üçün danışıqlara başlamaq təklifi ilə çıxış edib. Bu məqsədlə "YeS" bloku digər partiya və seçki bloklarına müraciət edib.

Ə.Əliyevin sözlərinə görə, hələki müttəfiqlərdən cavab verilməyib. AMİP sədri hesab edir ki, müxalifət düşərgəsində əsas aparıcı qüvvələr olan "Yeni Siyasət" və "Azadlıq" blokları bu təşəbbüsün önündə olmalıdırlar.

Bu iki blokun nümayəndələrindən ibarət qruplar yaradılmalı və bu qruplar müxalifət qüvvələri arasında danışıqlar aparmaq, ümumi razılaşmalar əldə etmək üçün işlər görməlidir.

Ə.Əliyevin fikrincə, mümkün qədər çox sayda dairələrdə müxaliyfət qüvvələrin vahid namizədlərinin olmasına çalışmaq lazımdır.

Xəbər lenti

Xəbər lenti