...

MTN-İN BAŞÇISI DİN-İN KEÇMİŞ İDARƏ RƏİSİ ZAKİR NƏSİROVUN HƏBSİ BARƏDƏ MƏLUMATI TƏSDİQ EDİB

Siyasət Materials 15 İyul 2005 12:38 (UTC +04:00)

Azərbaycan DİN-in cinayət axtarışı idarəsinin keçmiş rəisi Zakir Nəsirov həbs olunub və hazırda onun işinin təhqiqatı aparılır. Trend agentliyinin məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov bildirib.

Onun sözlərinə görə, nazirlik lazım gəldikdə bu barədə ətraflı məlumat verəcək, hələlik isə bu istintaqın sirri olaraq qalır.

Xatırladaq ki, Z. Nəsirov iyulun 8-də Hacı Məmmədovun ifadələri əsasında həbs olunub. Hazırda o, MTN-in istintaq təcridxanasında saxlanılır, ona qarşı qəsdən qətlə yetirmə və şəxslərin oğurlanması üzrə ittihamlar irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti