...

ELDAR MAHMUDOV: MTN NOVXANIDA TERROR QRUPUNU SAXLAYIB

Siyasət Materials 15 İyul 2005 12:55 (UTC +04:00)
ELDAR MAHMUDOV: MTN NOVXANIDA TERROR QRUPUNU SAXLAYIB

Bu günlərdə Milli Təhlükəsizlik Nazirliyi terrorizmə qarşı əməliyyat keçirərək, Bakının Əzizbəyov rayonunda yerləşən Novxanı qəsəbəsində terror qrupunu saxlayıb. Trend agentliyinin məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov bildirib.

O, əməliyyat barədə ətraflı məlumat verməyərək, onu istintaqın sirri olduğunu bildirib. Nazir qeyd edib ki, cinayətkar qrup saxlanılıb, qrupun üzvlərinə qarşı cinayət işi qaldırılıb və hazırda təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti