...

AVROPA İTTİFAQININ AZƏRBAYCANLA ƏMƏKDAŞLIQ PLANI HÖKUMƏTƏ TƏQDİM OLUNACAQ

Siyasət Materials 15 İyul 2005 13:48 (UTC +04:00)

Sentyabırn ilk günlərində Avropa İttifaqının (Aİ) Azərbaycan ücün hazırladığı "Yeni Qonşuluq Siyasəti" planı hökumətə təqdim olunacaq. Bu barədə Trend ə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

Onun sözlərinə görə, bu məqsədlə sənədi hazırlayan Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana səfər edəcək.

"Fəaliyyət planında Aİ-nin Azərbaycanla iqtisadi, insan hüquqları, təhlükəsizlik və siyasi məsələlər sahəsində əməkdaşlıq məsələləri öz əksini tapacaq.

Müzakirələrin həm XİN-də, eləcə də hökumətlə aparılması gözlənilir.Sözsüz ki, müzakirələrdə Azərbaycan tərəfi də öz təkliflərini irəli sürəcək. Azərbaycan bu proqramın daha mükəmməl bir sənəd halına salınmasına çalışacaq.

Hesab edirəm ki, bu, üzləşdiyi problemlərinin həllində Azərbaycan üçün bir fürsətdir. Biz müzakirələrdə Azərbaycanın ən vacib problemlərinin həllində Aİ-nin yardımlarından maksimum istifadə etməyə çalışacağıq",- deyə Mahmud Məmmədquliyev bildirib.

Xəbər lenti

Xəbər lenti