...

MUSTAFA EVRAN: BİZİM ƏN BÖYÜK ARZUMUZ AZƏRBAYCANDA ŞİMALİ KİPR NÜMAYƏNDƏLİYİNİN STATUSUNUN DƏYİŞMƏSİDİR

Siyasət Materials 15 İyul 2005 15:12 (UTC +04:00)

"Bizim ən böyük arzumuz Azərbaycandakı Şimali Kipr Ticarət Palatasının nümayəndəliyinə "Kipr xalqının nümayəndəliyi" statusunun verilməsidir". Belə bir bəyanatla nümayəndəliyin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mustafa Ervan Trend ə verdiyi ekzkluziv müsahibəsində çıxış edib.

M. Evranın sözlərinə görə, Kipr nümayəndəliyi Azərbaycanda diplomatik missiya kimi deyil, bilavasitə auditor kreditləri ilə əlaqədar ticarət şirkəti kimi qeydiyyatdan keçib.

"Biz bu imkan üçün Azərbaycan tərəfinə minnətdarıq. Lakin bizim heç bir diplomatik statusumuz yoxdur. Şimali Kipr Ticarət Palatasının nümayəndəliyi statusu müəyyən çətinliklər yaradır", - deyə M. Evran bildirir.

O qeyd edib ki, nümayəndəlik dövlət diplomatik siyahısında qeydiyyata alınmadığı üçün Şimali Kiprin nümayəndələri heç bir rəsmi tədbirə dəvət olunmurlar. "Daxil edilmədiyimiz Azərbaycan XİN-nin illik kataloqunun əsas götürən xarici diplomatik nümayəndəliklər də hətta bizimlə əlaqə saxlamır", -deyə nümayəndəliyin rəhbəri bildirib.

Onun sözlərinə görə, həmin kataloq diplomatik nümayəndəliklər, beynəlxalq təşkilatlar, həmçinin, Naxçıvan Muxtar Respublikasının: eləcə də Tatarıstanın nümayəndəliklərinin daxil edildiyi "digər təşkilatlar" kimi bir neçə yarımbölmədən ibarətdir.

"Bu subyektlərdən heç biri müsqəil subyekt olmadıqları halda, onlar Bakıda öz nümayəndəliklərini açıblar və onların nümayəndələri bütün rəsmi qəbullarda iştirak etmək üçün dəvət olunurlar" -deyə M. Evran qeyd edib. O bildirib ki, Kipr tərəfinin ən böyük arzusu heç olmazsa, "Kipr xalqının nümayəndəliyi" statusunda Bakı nümayəndəliyinin diplomatik siyahıya daxil edilməsidir.

Sonda Evran xatırladıb ki, Şimali Kipr nümayəndəliyi heç də kommersiya şirkəti statusu daşımadan artıq uzun müddətdir ki, ABŞ-da, Böyük Britanyiada və Pakistanda fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti