...

İRAN YENİ PREZİDENTİN İNAUQURASİYA MƏRASİMİNƏ AZƏRBAYCANDAN RƏSMİ NÜMAYƏNDƏ HEYƏTİ DƏVƏT ETMƏYİB

Siyasət Materials 15 İyul 2005 16:46 (UTC +04:00)

İran yeni prezidentin inauqurasiya mərasiminə Azərbaycandan rəsmi nümayəndə heyəti dəvət etməyib.Bu barədə Trend agentliyinə İranın Azərbaycandakı səfiri Əfşar Süleymani bildirib.

Onun sözlərinə görə, yeni prezident Mahmud Əhmədinejadın inauqurasiya mərasimi iyulun 24-nə təyin edilib. Mərasim xarici qonaqların iştirakı olmadan keçiriləcək.

Səfir bildirib ki, rəsmi Tehran, bir qayda olaraq, belə tədbirlərə xarici dövlətlərin nümayəndə heyətlərini dəvət etmir.Diplomat hesab edir ki, bu, ölkənin daxili işidir.

Qeyd edək ki, prezident seçkiləri də beynəlxalq müşahidəçilərin iştirakı olmadan keçirilmişdir.

Xəbər lenti

Xəbər lenti