...

"16 OKTYABR HƏRƏKATI" SEÇKİNİN BOYKOT EDİLMƏSİNİN ƏLEYHİNƏDİR

Siyasət Materials 15 İyul 2005 17:51 (UTC +04:00)

"16 Oktyabr Hərəkatı" üzvlərinin parlament seçkisində iştiraklarına dair yekun qərar Rauf Arifoğlu və Arif Hacılının üzərindən məhkumluğunun götürülməsinə dair məhkəmə prosesləri sona çatdıqdan sonra veriləcək. Bu fikirləri Trend ə "16 Oktyabr Hərəkatı"nın icraçı katibi Pənah Hüseyn bildirib.

O, qeyd edib ki, Hərəkatın Sədrlər Şurasının üzvüləri - Müsavat Partiyasının başqan müavinləri Arif Hacılı və Rauf Arifoğlunun üzərindən məhkumluqları götürülmədiyindən apellyasiya şikayəti verilib. Apellyasiya Məhkəməsi onların şikayətinə baxdıqdan sonra "16 Oktyabr Hərəkatı" seçki ilə bağlı mövqeyini dəqiqləşdirəcək. "Hər halda biz birmənalı şəkildə seçkinin boykot edilməsinin tərəfdarı deyilik"-deyə P.Hüseyn vurğulayıb.

Pənah Hüseyn onu da bildirib ki, Hərəkatın Sədrlər Şurasının üzvlərinin seçkidə iştirakı nəzərdə tutulub və namizədliklərini irəli sürəcəkləri seçki dairələri müəyyənləşib. Pənah Püseyn 63 saylı Sabirabad seçki dairəsindən, Ümid Partiyasının sədri İqbal Ağazadə Bakı şəhərinin Xətai rayonundan, Qarabağ Qaziləri Birliyinin rəhbəri Etimad Əsədov Nizami rayonundan, ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu isə Binəqədi rayonundan namizədliklərini irəli sürəcəklər.

P.Hüseyn qeyd edib ki, "16 Oktyabr Hərəkatı" iyulun 18-də Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycanda parlament seçkiləri və siyasi məhbus problemi" mövzusunda konfrans keçirəcək, tədbirdə Hərəkatın seçkilərlə bağlı mövqeyi, fəaliyyət istiqamətləri, təklifləri barədə müzakirələr aparılacaq.

Xəbər lenti

Xəbər lenti