...

SENTYABRIN 14-16-DA NYU-YORKDA DÜNYA SAMMİTİ KEÇİRİLƏCƏK

Siyasət Materials 15 İyul 2005 18:01 (UTC +04:00)

Sentyabrın 14-16-da Nyu-Yorkda Dünya Sammiti keçiriləcək. Bu haqda Trend ə BMT-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib.

191 ölkənin dövlət rəhbərlərinin iştirakı ilə keçiriləcək sammitdə
baş katibi Kofi Annan tərəfindən irəli sürülmüş Minilliyin İnkişaf Məqsədləri(MİM) haqda bəyənnaməyə rəsmi mövqelər səsləndirəcək. "Məlim olduğu kimi BMT-nin baş katibi Kofi Annan tərəfindən irəli sürülmüş bəyənnamədə beynəlxalq strukturun islahı ilə bağlı tövsiyyələr öz əksini tapıb.

Hazırda dünya dövlətləri, o cümlədən Azərbaycan da BMT-nin gələcək fəaliyyəti ilə bağlı öz təkliflərini hazırlayır. Bu istiqamətdə Azərbaycanın hökumət strukturlarında ciddi işlər aparılmaqdadır",- deyə məlumatda bildirilib.

Qeyd edək ki, Dünya Sammitinin işində Azərbaycan prezidenti İlham Əliyevin iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti