...

ARİF HACILI VƏ RAUF ARİFOĞLUNUN APELLYASİYA ŞİKAYƏTLƏRİNƏ BAXACAQ HAKİMLƏR TƏYİN OLUNUB

Siyasət Materials 15 İyul 2005 18:39 (UTC +04:00)

Müsavat Partiyası başqanının müavinləri Arif Hacılı və Rauf Arifoğlunun üzərindən məhkumluğunun götürülməsinə dair apelyyasiya şikayətlərinə baxılması üçün hakimlər təyin olunub. Bu barədə Trend ə Arif Hacılı məlumat verib. O, bildirib ki, hər iki müavinin üzərindən məhkumluğun götürülməsi ilə bağlı Apellyasiya Məhkəməsinə müraciət edilib və şikayət qəbul olunub.

İyulun 15-də hakimlər təyin edilib. Arif Hacılının şikayətinə hakim Salman Hüseynov baxacaq. Rauf Arifoğlunun şikayətinə isə hakim Elmar Abdullayevin sədrliyi ilə keçəcək iclasda baxılacaq. Arif Hacılı bildirib ki, hər iki apellyasiya şikayəti üzrə məhkəmə iclası gələn həftə keçiriləcək.

Qeyd edək ki, Arif Hacılının üzərindən məhkumluğun götürülməsinə dair iddiası iyulun 6-da Binəqədi rayon məhkəməsində hakim Zoya Əliyevanın sədrliyi ilə keçən iclasda təmin olunmamışdı. Rauf Arifoğlunun da eyni məzmunlu iddiası Nizami rayon məhkəməsində hakim Hüseyn Hüseynovun sədrliyi ilə keçirilən iscasda təmin edilməmişdi.

Hər iki məhkəmənin qərarından verilən apellyasiya şikayətində bu qərarların qanunsuz olduğu bildirilir, A.Hacılı və R.Arifoğlunun üzərindəki məhkumluğun vaxtından əvvəl götürülməsi tələb edilir.

Xəbər lenti

Xəbər lenti