...

RUSİYADAN AZƏRBAYCANA TÜTÜN MƏMUTLARININ KEÇİRİLMƏSİ FAKTI AŞKARLANIB

Siyasət Materials 16 İyul 2005 15:03 (UTC +04:00)

İyulun 12-də Dövlət Sərxəd Xidmətinin şimal sərhəd dəstəsi tərəfindən Rusiyadan Azərbaycana beş at yükü ilə gətirilən "Yava" siqaretləri aşkarlanaraq saxlanılıb. Bu barədə Trend ə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindəndən məlumat verilib.

Rusiya istehsalı olan "Yava" siqaretləri üç ölkənin qovuşuğunda yerləşən Qonqiçay maldarlıq yatağında aşkarlanıb. Rusiya Federasiyasının vətəndaşları olan siqaret sahibləri Rusiya ərazisinə qaçmağa nail olublar.

Əraziyə baxış zamanı 16 min 500 qutu "Yava" siqareti və maldarlıq yatağında olan Balakən rayonunun Meşəşambulkənd sakini 1966-cı il təvəllüdlü Məhəmməd Əliyev, Balakən rayonu Şərif kəndinin sakini 1965-ci il təvəllüdlü Qurban Musayev saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu il iyulun 11-dən Zaqatala sərhəd dəstəsinin xidməti sahəsində Balakən rayonunun "Salban" səhra zastavasının sərhəd naryadı tərəfindən Azərbaycan-Rusiya sərhədinin Qonqiçay yaylağı ərazisində xidmət təşkil edib.

Həmin marşrutdan Rusiya istehsalı olan tütün məmulatlarının gətirilməsi barədə təlimat alınıb və bunun qarşısının alınması üçün müvafiq tədbirlər görülüb.

Xəbər lenti

Xəbər lenti