...

DÖVLƏT SƏRHƏD XİDMƏTİ GENİŞ MİQYASLI TAKTİKİ TƏLİMLƏR KEÇİRİB

Siyasət Materials 16 İyul 2005 15:08 (UTC +04:00)

İyulun 14-dən 15-ə kimi Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən geniş miqyaslı xüsusi taktiki təlimlər keçirilib. Bu barədə Trend ə DSX-nin mətbuat xidmətindən məlumat verilib.

Təlimlər Xəzər dənizində dövlət sərhədinin mühafizəsi zamanı sahilə, adalara, neft-qaz ixrac boru kəmərlərinə və neft platformalarına qarşı təhlükə yarandıqda sərhəd axtarışının təşkili, təxribat-kəşfiyyat qruplarının zərərsizləşdirilməsi və xilasetmə işlərinin aparlıması mövzusundadır.

Təlimə DSX-nin sahil mühafizəsi qüvvələri, çevik hərəkət qüvvələri, sərhəd gözətçi gəmilər dəstəsi, əlahiddə aviasiya dəstəsi, "Lənkəran", "Xudat", "Şəmkir" sərhəd dəstələri və əlahiddə rabitə taboru cəlb edilib.

Təlimin keçirilməsinin əsas məqsədi Xəzər dənizində Azərbaycanın maraqlarının qorunması, DSX-nin hissə və bölmələrinin döyüş hazırlığının yoxlanılması, xidməti-döyüş tapşırıqlarını yerinə yetirən birləşmə, hissə və bölmələrin hərəkət nizamını təkmilləşdirmək, hərbi-qulluqçuların fiziki, texniki və mənəvi-psixoloji hazırlıqlarını artırmaqdır.

Xəbər lenti

Xəbər lenti