...

AZƏR HƏSRƏT "AZADLIQ" BLOKUNUN DƏSTƏKLƏDİYİ NAMİZƏDLƏRİN SİYAHISINDA OLACAQ

Siyasət Materials 16 İyul 2005 15:10 (UTC +04:00)

Azərbaycan Jurnalistlər Konfederasiyasının (AJK) baş katibi vəzifəsindən istefa vermiş Azər Həsrət bundan sonra aktiv siyasi fəaliyyətlə məşğul olacaq. Bu barədə Trend ə açıqlamasında Azər Həsrət özü məlumat verib.
O bildirib ki, AJK-nın rəhbərliyindən istefa verməsinin səbəbi parlament seçkisində namizədliyini irəli sürməsi və buna görə də siyasi fəaliyyətinin jurnalistkaya müdaxiləsinə yol vermək istəməməsi ilə bağlıdır.

Azər Həsrət deyib ki, AJK-nın üzvlüyündə qalsa da, jurnalist imtiyazlarından siyasi məqsədləri üçün istifadə etməyəcək, siyasi fəaliyyəti dövründə jurnalist adından yararlanmamağa çalışacaq.

Onun sözlərinə görə, parlament seçkisində "Azadlıq" blokunun dəstəkləyəcəyi namizədlər siyahısında olacaq. "Azadlıq" bloku onu hələlik müstəqil namizəd kimi dəstəkləyir, lakin A.Həsrət seçki ərəfəsində siyasi mövqeyini daha da konkretləşdirə bilər: "Əgər hansısa siyasi partiyanın üzvü olmağa qərar versəm, bu partiya AXCP olacaq.

Mən AXCP ilə bağlılığımı və onu dəstəklədiyimi inkar etmirəm. Ona görə də ola bilər ki, seçki ərəfəsində AXCP-nin üzvü olmağımı rəsmiləşdirim",- deyə, A.Həsrət bildirib.

Xəbər lenti

Xəbər lenti