...

GÜRCÜSTANIN BAŞ NAZİRİ GƏNCƏYƏ GƏLİB

Siyasət Materials 18 İyul 2005 14:04 (UTC +04:00)

Bu gün səhər saat 11.00-də Gürcüstanın baş naziri Zurab Noqaidelinin təyyarəsi Gəncə aeroportunda yerə enib. Trend in regional müxbirinin məlumatına görə, aeroportda rəsmi qonağı Azərbaycanın baş nazirinin birinci müavini Abbas Abbasov, Azərbaycanın Gürcüstandakı səfiri Ramiz Həsənov, Gəncənin İcra hakimiyyətinin başçısı Eldar Əzizov və digərləri qarşılayıb.

Qonaqlar "Azadlıq" meydanında Heydər Əliyevin abidəsini ziyarət ediblər. Fəxri qarovulun müşaiyəti ilə Gürcüstan hökuməti adından abilənin önünə əklil qoyulub. Qonaqlar həmçinin Heydər Əliyevin ev-muzeyini də ziyarət ediblər.

Hökumətlərarası komisiyanın iclasından sonra gürcü nümayəndə heyəti həmçinin Nizaminin məqbərəsini ziyarət edib. Bundan sonra onlar "Cəncə-Şərab-2" Səhmdar Cəmiyyətinin açılışında iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti