...

BMT BAŞ KATİBİNİN MÜAVİNİ BAKIYA DƏVƏT OLUNUB

Siyasət Materials 18 İyul 2005 15:44 (UTC +04:00)

BMT Baş katibinin müavini, Vyana şöbəsinin baş direktoru, bu strukturun cinayətkarlıq və narkotiklərlə mübarizə üzrə İdarəsinin icraçı direktoru Antonio Marie Kostaya Bakıya səfər etməklə bağlı dəvətnamə təqdim olunub. Trend in DİN mətbuat xidmətinin məlumatına istinadən yaydığı xəbərə görə, dəvətnamə iyulun 14-15-də Avstriyada rəsmi səfərdə olan daxili işlər naziri Ramil Usubov tərəfindən verilib.

Dəvətnaməni təqdim edərkən R.Usubov bildirib ki, sentyabrın 12-16-da Bakıda keçiriləcək Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi üzrə BMT-nin Yardımçı Komissiyasının növbəti 40-cı sessiyasında BMT-nqin ən yüksək səviyyədə təmsil lounması Azərbaycan üçün çox vacibdir. Sonra nazir Azərbaycan hökumətinin sessiyada iştirak etmək üçün dəvətnaməsini A.Kostaya təqdim edib.

Tərəflər Azərbaycanqla BMT arasında beynəlxalq cinayətkarlıqla qlobal mübarizədə gələcək əməkdaşlıq yollarını müzakirə ediblər.

Qeyd edək ki, Avstriyanın xarici işlər naziri Liza Prokopla danışıqların yekunu kimi "Polis fəaliyyəti sahəsində əməkdaşlıq barədə" razılaşma imzalanıb. R.Usubov öz avstriyalı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib.

Avstriya DİN-nin rəhbəri öz növbəsində, azərbaycanlı həmkarını 2006-cı ildə Vyanada keçiriləcək Avropa İttifaqının daxili işlər və ədliyyə nazirlərinin konfransına dəvət edib.

Xəbər lenti

Xəbər lenti