...

TÜRKİYƏ VƏ AZƏRBAYCAN XƏRİTƏÇİLİK SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA DAİR SAZİŞ İMZALANACAQDIR

Siyasət Materials 18 İyul 2005 18:05 (UTC +04:00)

"İyulun 19-da axşam Bakıya gələcək Türkiyənin müdafiə naziri Vecdi Gönül səfər proqramına ertəsi gün səhər, sabiq prezident Heydər Əliyevin abidəsini ziyarətlə başlayacaqdır". Bu haqda Trend ə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirlmişdir.

İyulun 20-də, müdafiə naziri daha sonra Şəhidlər Xiyabanına gələrək burada Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş azərbaycanlıların xatirəsinə ucaldılmış kompleksin, eləcə də 1918-ci ildə Bakının erməni-bolşevik işğalından azad edilməsində həlak olmuş türk əsgərlərinə ucaldılmış kompleksin önünə əklil qoyacaqdır.

Həmin gün səhər müdafiə naziri Vecdi Gönül azərbaycanlı həmkarı, general-polkovnik Səfər Əbiyevlə görüşəcək, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, Hərbi Akademiyada, C.Naxçıvanski adına hərbi litseydə görüşlər keçirəcəkdir. Günün sonunda isə türkiyəli müdafiə naziri İncəsənət muzeyini ziyarət edəcəkdir.

İyulun 21-də isə müdafiə naziri Vecdi Gönülün baş nazir Artur rasizadə, xarici işlər naziri Elmar Məmmədyarovla görüşü planlaşdırılmışdır.Həmin gün

"Türkiyə Respublikası hökuməti ilə Azərbaycan hökuməti arasında Xəritəçilik sahəsində Təlim, Təhsil və Texniki Əməkdaşlıq haqqında " saziş imzalanacaqdır.

Günün ikinci yarısında isə müdafiə naziri Vecdi Gönülü Azərbaycan prezidenti İlham Əliyev qəbul edəcəkdir. Məlumatda Türkiyənin müdafiə naziri Vecdi Gönülün Azərbaycana səfərinin iyulun 22-də başa çatacağı bildirilmişdir.

Xəbər lenti

Xəbər lenti