...

ARAZ ƏZİMOV: DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN NİZAMA SALINMASINDA ŞANSLAR BU GÜN DAHA YÜKSƏKDİR

Siyasət Materials 18 İyul 2005 19:05 (UTC +04:00)
ARAZ ƏZİMOV: DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN NİZAMA SALINMASINDA ŞANSLAR BU GÜN DAHA YÜKSƏKDİR

Bu gün Ermənistan-Azərbaycan - Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında şanslar daha yüksəkdir və mən Ermənistan tərəfini bu şansdan faydalanmağa çağırıram. Trend agentliyi bildirir ki, iyulun 18-də ATƏT-in Minsk qrupu həmsədrlərinin növbəti səfərinin yekunları üzrə keçirilən brifinqdə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimov bu bəyanatla çıxış edib.

AR XİN başçısının müavini qeyd edib ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizama salınması hər iki tərəf üçün sərfəlidir.O, qeyd edib ki, həmin məsələnin həlli, ilk növbədə, Ermənistan üçün sərfəlidir. "Biz ümid edirik ki, Ermənistan tərəfi nəhayət konstruktivlik nümayiş etdirəcək"-deyə Əzimov qeyd edib.O, bildirib ki, danışıqların növbəti raundu XİN başçıları səviyyəsində iyulun 23-də Moskvada keçiriləcək.

"Gələcək görüşün yekunlarına əsasən, nazirlər öz təkliflərini hazırlayacaq və həmin təkliflər avqustun 26-da Kazanda Azərbaycan və Ermənistan prezidentləri tərəfindən müzakirə ediləcək"-deyə A.Əzimov bildirib.

ATƏT-in Minsk qrupu həmsədrlərinin Bakıya səfərinin yekunlarına toxunan A.Əzimov qeyd edib ki, hər hansı bir razılaşdırılmanın əldə olunması barədə danışmaq tezdir.

"Bəzi mənbələr fəal olaraq danışıqlar prosesində müzakirə olunan yeni elementlərə dair məsələ qaldırır.Bəzən, hətta düzgün olmayan şərhlə faktlar verilir.Bu, növbəti saxtalaşdırma cəhdindən başqa bir hey deyil"-deyə Araz Əzimov qeyd edib.O, bildirib ki, həmin mənbələr belə bəyanatlar yaymaqla yalnız şəraitdən öz məqsədləri üçün yararlanır.

Araz Əzimovun fikrincə, Azərbaycan ölkə konstitusiyasını və beynəlxalq hüquq normalarını nəzərə almaqla respublikanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə tərəfdar olub və olaraq da qalır.

Dağlıq Qarabağın statusu üzrə referendum haqqında bəyanatı XİN başçısının müavini belə şərh edib: "Qarabağın Azərbaycan və erməni icması birlikdə olacaq. Status məsələsi Referendumun səs çoxluğu ilə həll edilməyəcək"-deyə o bildirib.

Onun sözlərinə görə, həmin məsələ sülh danışıqlarının bu mərhələsində müzakirə olunmur, belə ki, hər hansı bir səsvermə keçirmək üçün, ilk növbədə, Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək, qaçqınların həmin ərazilərə qayıtmasını təmin etmə və qarşılıqlı dözüm şəraitini yaratmaq lazımdır.

Xəbər lenti

Xəbər lenti