...

"İSLAHATÇILAR" SEÇKİ BLOKU NAMİZƏDLƏRİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİNİ BAŞA ÇATDIRIBLAR

Siyasət Materials 19 İyul 2005 14:14 (UTC +04:00)

İqtidaryönlu partiyaların təsis etdikləri "İslahatçılar" seçki blokuna daxil olan partiyalar - Demokratik Azərbaycan Dünyası (DADP), Azad Respublikaçılar, Demokratik Maarifçilik və Respublikaçılar partiyaları parlament seçkilərində 70 namizədlə iştirak edəcək.

Bu barədə DADP-ın sədri Məmməd Əlizadə Trend ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, "İslahatçılar" seçki bloku təsis edildikdən sonra həmin partiyaların birləşdiyi Məşvərət Məclisinin dağılacağı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Seçki blokunun təsis olunmasına baxmayaraq Məşvərət Məclisinin (MM) toplantıları yenə də öz işini davam etdirməkdədir. İyulun 19-da Milli mətbuatımızın 130 illiyi ilə əlaqədar keçirdiyimiz tədbir də elə buna misaldır.

MM çox demokratik bir qurumdur. Buraya daxil olan partiyalar hər hansı məsələyə münasibət bildirməkdə tam sərbəstdirlər. Bununla belə, hesab edirəm ki, qarşıdakı aylarda MM-də təmsil olunan daha bir neçə partiya "İslahatçılar" seçki blokunun tərkibində parlament seçkilərinə qatılmaq barədə qərar verəcək",- deyə, Məmməd Əlizadə bildirib.

Xatırladaq ki, Məşvərət Məclisinə hakim Yeni Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Sosial-Rifah Partiyası, Demokratik Maarifçilik Partiyası, Respublikaçılar Partiyası, Demokratik Azərbaycan Dünyası Partiyası, Azad Respublikaçılar Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Milli Dövlətçilik Partiyası və Mubarizlər Partiyası daxildir.

Xəbər lenti

Xəbər lenti