...

XƏLƏF XƏLƏFOV: AZƏRBAYCAN RUSİYA İLƏ DÖVLƏT SƏRHƏDİNİN MÖHKƏMLƏNDİRİLMƏSİNDƏ TƏHLÜKƏ GÖRMÜR

Siyasət Materials 19 İyul 2005 15:33 (UTC +04:00)
XƏLƏF XƏLƏFOV: AZƏRBAYCAN RUSİYA İLƏ DÖVLƏT SƏRHƏDİNİN MÖHKƏMLƏNDİRİLMƏSİNDƏ TƏHLÜKƏ GÖRMÜR

Azərbaycan Rusiya ilə dövlət sərhədinin möhkəmləndirilməsində təhlükə görmür. Trend agentliyi bildirir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Rusiya rəhbərliyinin terrorizmlə mübarizə məqsədilə öz dövlət sərhədlərini möhkəmləndirmək niyyətini şərh edərkən jurnalistlərə bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan antiterror koalisiyasının üzvü kimi həm beynəlxalq, həm də ikitərəfli səviyyədə beynəlxalq terrorizmlə mübarizədə bir sıra tədbirlər həyata keçirir. "Təbii ki, bu addımlar dövlətin maraqlarına xidmət edir"-deyə o qeyd edib.

X.Xələfov hesab edir ki, Rusiya tərəfindən qəbul edilmiş addımlar da dövlətin maraqlarının təmin edilməsinə yönəldilib. Diplomatın fikrincə, bu sahədə əməkdaşlıq hər iki tərəf üçün faydalı olacaq.

Xəbər lenti

Xəbər lenti