...

M.TALAT:AZƏRBAYCAN PARLAMENTARİLƏRİNİN ƏSAS MƏQSƏDİ ŞİMALİ KİPRİN TƏCRİD EDİLMƏSİNİ ARADAN QALDIRMAQDIR

Siyasət Materials 19 İyul 2005 16:10 (UTC +04:00)
M.TALAT:AZƏRBAYCAN PARLAMENTARİLƏRİNİN ƏSAS MƏQSƏDİ ŞİMALİ KİPRİN TƏCRİD EDİLMƏSİNİ ARADAN QALDIRMAQDIR

"Şimali Kiprdə səfərdə olan Azərbaycan parlamentarilərinin əsas məqsədi Şimali Kipr Türk Respublikasının (ŞKTR) uzun müddətdən bəri yaranmış beynəlxalq təcridinin aradan qaldırılmasıdır". Trend agentliyi Kiprin "Arca" agentliyinə istinadən bildirir ki, bu barədə ŞKTR-nın prezidenti Mehmet Əli Talat jurnalistlərlə görüşündə bəyan edib.

Bakıdan Şimali Kiprin paytaxtı Lefkoşaya birbaşa avia reysin başlamasına dair məlumatı şərh edərkənM.Talat deyib: "Şübhəsiz ki, bu, Azərbaycan tərəfdən ŞKTR-nın rəsmi tanınması demək deyil.Amma həmin addım kiprli türklərin beynəlxalq təcridinin aradan qaldırılmasına kömək edəcək".

Eyni zamanda ŞKTR-nın prezidenti qeyd edib ki, rəsmi Bakının son addımı Kipr probleminin nizama salınması üzrə aparılan danışıqlar prosesinin ölü nöqtədən çıxarılmasına imkan yaradacaq. "Düşünürəm ki, Azərbaycanın bu mövqeyi münaqişənin nizama salınmasında Kiprin yunan icmasının fəal addımlarına gətirib çıxaracaq"-deyə M.A.Talat qeyd edib.

Eyni zamanda Şimali Kiprdəki diplomatik mənbələr Bakıdan Lefkoşaya "müntəzəm reyslərin" həyata keçirilməsinə dair hər-hansı bir sazişin imzalanması barədə məlumatı təsdiqləməyib.

Qeyd edək ki, beşgünlük səfər çərçivəsində Azərbaycan parlamentarilərinin ŞKTR-nın prezidenti M.A. Talat, keçmiş prezident Rauf Denktaş, Şimali Kipr parlamentinin spikeri Fatma Ekenoğlu və baş nazir Fərdi Sabit Soyer ilə görüşləri planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti