...

AZƏRBAYCAN GÜRCÜSTANLA SƏRHƏDLƏRİN DELİMİTASİYA PROSESİSİNİN SÜRƏTLƏNDİRİLMƏSİNƏ DAİR KONKRET TƏKLİF İRƏLİ SÜRƏCƏK

Siyasət Materials 19 İyul 2005 16:17 (UTC +04:00)

Azərbaycan Gürcüstanla sərhədlərin delimitasiya prosesinin sürətləndirilməsinə dair konkret təkliflər irəli sürəcək. Bu barədə Trend agentliyinə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov eksklüziv olaraq bildirib.

Onun sözlərinə görə, hər iki ölkə arasında sərhədlərin delimitasiyaçı ilə bağlı məsləhətləşmələr avqustun sonuna nəzərdə tutulub, lakin ekspertəlr tərəfindən konkret tarix razılaşdırılır. "Bugünkü gün sərhədyanı ərazilərin 1/4 hissəsi delimitasiya edilib, 3/4 hissə isə mübahisəli olaraq qalır", - deyə diplomat qeyd edib. Növbəti məsləhətləşmələrin gedişində Azərbaycan tərəfi müəyyən nəticələr əldə etməyə və məsələnin həllinə ümid edir.

Xatırladaq ki, Azərbaycanın Gürcüstanla 5 sahə və 24 yarımsahənin daxil olduğu sərhədi 480 km-dir.

Xəbər lenti

Xəbər lenti