...

AZƏR MÜRSƏLİYEV: TÜRKİYƏ-RUSİYA ƏMƏKDAŞLIĞI BÜTÜN CƏNUBİ QAFQAZ REGİONU ÜÇÜN SƏRFƏLİDİR

Siyasət Materials 19 İyul 2005 18:21 (UTC +04:00)
AZƏR MÜRSƏLİYEV: TÜRKİYƏ-RUSİYA ƏMƏKDAŞLIĞI BÜTÜN CƏNUBİ QAFQAZ REGİONU ÜÇÜN SƏRFƏLİDİR

Türkiyənin Rusiya ilə yaxınlaşmasından bütün Cənubi Qafqaz regionu qazanır.Bu fikri Trend agentliyinə müsahibəsində rusiyalı ekspert, "Kommersant" qəzetinin xarici siyasət şöbəsinin rəhbəri Azər Mürsəliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərinin yekunlarını şərh edərkən bildirib.

Ekspert qeyd edib ki, son illər Rusiyanın siyasi dairələri Türkiyə ərazisində birgə energetika layihələrində bilavasitə iştirakda sərfəli olan iqtisadi və maliyyə dairələrinin maraqlarına daha fəal yaxınlaşmağa başlayıb.

"Rusiya ilə Türkiyənin yaxınlaşması həm də Cənubi Qafqaz regionunda kəskin siyasi dəyişikliklər ehtimalının azalması deməkdir"-deyə A. Mürsəliyev bildirib.O, qeyd edib ki, Kürdüstan İşçi Partiyasının fəallaşması kimi Dağlıq Qarabağ münaqişəsinin də nizama salınmaması təkcə Ankaraya deyil, həm də Moskvaya mane olmağa başlayan amillərdir.

"Sirr deyil ki, Kreml uzun illər Ankaranın distruktiv hesab etdiyi qüvvələri bu və ya digər mənada dəstəkləyərək Türkiyəni Qərbin maraqlarının yayıcısı kimi nəzərdən keçirib"-deyə ekspert xatırladıb.O, qeyd edib ki, birgə regional energetika layihələrinin cəlb olunması ilə Moskvanın bir çox məsələlərdə öz nöqteyi-nəzərini dəyişməsi qaçılmazdır.Xüsusilə Kreml regional münaqişələrin nizama salınmasında birbaşa maraqlı olacaq.

Xəbər lenti

Xəbər lenti