...

DÖVLƏT NEFT FONDU YARIMİLLİK İŞİN YEKUNLARINI APARIB

Siyasət Materials 19 İyul 2005 18:23 (UTC +04:00)
DÖVLƏT NEFT FONDU YARIMİLLİK İŞİN YEKUNLARINI APARIB

2005-ci ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət neft fondunun (ARDNF) gəlirləri 1023 mlrd manat, xərcləri isə 651,9 mlrd manat təşkil edib. Trend agentliyinin məlumatına əsasən, iyulun 19-da keçirilən mətbuat konfransında Dövlət neft fondunun icraçı direktoru Samir Şərifov bu barədə bildirib.

Onun sözlərinə görə, 6 ay ərzində fondun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 968,3 mlrd manat, o cümlədən gəlirli neft satışından - 915,2 mlrd manat, Azərbaycan ərazisindən Bakı-Supsa ixrac boru kəməri ilə neftin nəqlinə görə tranzit ödəmələri - 42,5 mlrd manat, akra ödəmələri - 6,2 mlrd manat təşkil edib. Xarici sərmayəçilərə verilən aktivlərdən alınan gəlir 4,4 mlrd. manat təşkil edib. 6 ay ərzində neft fondunun vəsaitlərlə idarə edilməsindən 54,7 mlrd. manat həcmində gəlir alınıb.

Cari ilin 6 ayı ərzində Neft fondu vəsaitlərinin əsas istiqamətlərdə istifadəsi çərçivəsində qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsi məqsədilə 97 mlrd. manat ödənilib, 45,4 mlrd. manat Azərbaycanın BTC boru kəməri layihəsində iştirak payının maliyyələşdirilməsinə yönəldilib, 250 mlrd. manat dövlət büdcəsinə transfer şəklində yönəldilib.

Bu dövr ərzində büdcədənkənar xərclər və ödəmələr 256,9 mlrd. manat, o cümlədən valyuta aktivlərinin təkrar qiymətləndirilməsi ilə bağlı xərclər 239,5 mlrd. manat təşkil edib. 6 ayın yekunlarına əsasən, dövlət büdcəsinə köçürülən gəlirli verginin həcmi 17,3 mlrd manat, digər vergilər 0,1 mlrd manat təşkil ed

Xəbər lenti

Xəbər lenti