...

AZƏRBAYCAN İKİ ÖLKƏDƏ SƏFİR ŞTATLARINI MÜƏYYƏN EDİR

Siyasət Materials 19 İyul 2005 18:45 (UTC +04:00)

Hazırda Azərbaycanın Moldova və Latviyada səfirliklərinin ştatları, administrasiyaları və bir sıra texniki və maliyyə məsələləri müəyyənləşdirilir. Bu barədə Trend ə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.

Onun sözlərinə görə, ölkə prezidenti həmin ölkələrdə işləyəcək səfirləri təyin edəcək və onlar bu yaxınlarda Kişinyovda və Riqada fəaliyyətə başlayacaqlar. X.Xələfov həmçinin qeyd edib ki, Azərbaycanın digər ölkələrdə də yeni səfirliklər açmaq planları var.

"Eləcə də, ölkə parlamentinin müvafiq sərəncamı Yaponiya, İndoneziya, Qətər, Belorusiya və digər ölkələrdə səfirliklərin açılmasını nəzərdə tutur. Bu sahədə müvafiq işlər aparılır ", - deyə o, qeyd edib.

Azərbaycanın Türkiyədəki səfirinin eyni zamanda İtaliya səfiri təyin olunması barədə məlumata gəldikdə nazir müavini qeyd edib ki, belə bir təcrübə bütün dünyaya tətbiq olunur və bu, Azərbaycan üçün də istisna deyil.

Xəbər lenti

Xəbər lenti