...

AZƏRBAYCAN PREZİDENTİ GÜRCÜSTANIN BAŞ NAZİRİNİ QƏBUL EDİB

Siyasət Materials 19 İyul 2005 18:56 (UTC +04:00)

İyulun 19-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Gürcüstanın baş naziri Zurab Noqaidelini qəbul edib. Trend agentliyi bildirir ki, dövlət başçısı Gəncədə keçirilən Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının iclasının yekunları, ikitərəfli iqtisadi əlaqələrin inkişafı, eləcə də yaranan mal dövriyyəsi ilə bağlı məmnunluğunu ifadə edib.

Onun sözlərinə görə, Gürcüstan nümayəndə heyətinin Azərbaycana səfəri həm ikitərəfli, həm də regional səviyyədə qarşılıqlı əməkdaşlığın daha bir mərhələsi olacaq.

Z.Noqaideli Bakıda və Gəncədəki müsbət dəyişiklikləri, xüsusilə sənaye və yaşayış binalarında müasir görünüşdə sürətlə aparılan tikinti işlərini yüksək qiymətləndirib.

İ.Əliyev deyib ki, regionların inkişafı dövlətin qarşıya qoyduğu birinci dərəcəli məsələdir və bununla bağlı müvafiq proqramlar qəbul edilib və həmin proqramlar müvəffəqiyyətlə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti