...

NOVRUZ MƏMMƏDOV: "FİNLANDYİA PREZİDENTİNİN AZƏRBAYCANA SƏFƏRİNİN TƏXİRƏ SALINMASI ÜÇÜN ƏSAS GÖRMÜRƏM"

Siyasət Materials 20 İyul 2005 13:20 (UTC +04:00)

"Finlandiya prezidentinin sentyabrın 29-na planlaşdırılmış Azərbaycana səfərinin təxirə salınması üçün bir əsas görmürəm. Qitənin şimal dövləti rəhbərinin Azərbaycana səfəri təyin olunmuş müddətdə gerçəkləşəcək".

Bunu prezidentin İcra Aparatı beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Trend ə verdiyi eksklüziv müsahibəsində bildirib. Onun sözlərinə görə, səfər Finlandiya prezidentinin arzusu əsasında baş tutacaq.

"Hələlik Azərbaycan tərəfində bu səfərin tarixinin dəyişdirilməsi barədə heç bir məlumat yoxdur. Biz Finlandiyanın prezidentini paytaxtda qəbul etməyə hazırlıq işlərinə başlamışıq. Düşünürəm ki, iki ölkə arasında əməkdaşlığı genişləndirmək üçün imkanlar böyükdür. Dövlət başçısının Azərbaycana səfəri və burada prezident İlham Əliyevlə, eləcə də digər dövlət rəsmiləri ilə keçirilən görüşlər mövcud imkanların daha irəliyə aparılmasına, iki ölkə arasında olan əməkdaşlığın genişləndirilməsinə şərait yaradacaq",- deyə Novruz Məmmədov vurğulayıb.

Onun sözlərinə görə, hazırda diplomatik kanallarla Finlandiya prezidentinin Azərbaycana səfər proqramının dəqiqləşdirilməsi üzərində işlər davam etdirilir.

Novruz Məmmədov, Finlandiya prezidentinin səfərinin 3 gün davam edəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti