...

MSK SƏDRİ "YES" BLOKUNUN QEYDİYYATINDAN İMTİNA BARƏDƏ MƏLUMATI TƏKZİB EDİR

Siyasət Materials 20 İyul 2005 15:22 (UTC +04:00)

Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qeydiyyatda "YES" blokuna imtina barədə KİV-də yayılan məlumatı təkzib edib. Trend agentliyinin məlumatına əsasən, iyulun 20-də M.Pənahov jurnalistlərə bu barədə bildirib.

"MSK "YES" blokunun sənədlərinin öyrənilməsinə hələlik başlamayıb, amma bir neçə qəzetdə qeydiyyatda imtinaya dair məlumat yayılıb"-deyə MSK sədri bəyan edib.

M.Pənahovun sözlərinə görə, MSK-nın katibi Vidadi Mahmudov özü blokun təsisçilərindən biri olan Eldar Namazovla söhbət edib və vəziyyəti aydınlaşdırıb. MSK sədri özü cəmiyyətin müxtəlif təbəqələrində vəziyyətin mürəkkəbləşdirilməsi üçün tendensiyalar görür.Onun sözlərinə görə, bunlar ölkədə şəffaf və ədalətli seçkilərin keçirilməsində MSK-ya çox ciddi mane olur.

Xəbər lenti

Xəbər lenti