...

OMBUDSMAN SEÇKİLƏRİN GEDİŞİNƏ NƏZARƏT ETMƏK ÜÇÜN MÜSTƏQİL MONİTORİNQ QRUPUNUN YARADILMASINI TƏKLİF EDİR

Siyasət Materials 20 İyul 2005 15:54 (UTC +04:00)

Azərbaycanın ombudsmanı Elmira Süleymanova ölkədə keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün müstəqil monitorinq qrupunun yaradılmasına dair təkliflə çıxış edib. Trend agentliyinin verdiyi məlumata görə, bu barədə Elmira Süleymanova iyulun 20-də Milli Məclis və qeyri-hökumət təşkilatlarının deputatlarının iştirakı ilə "Demokratik və hüquqi dövlətin qurulmasında ədalətli seçkilərin rolu" mövzusuna dair keçirilmiş "dəyirmi masa"da bəyan edib.

Onun sözlərinə görə, yerlərdə şikayətləri araşdıraraq, bu barədə Mərkəzi Seçki Komissiyasına məlumat vermək monitorinq qrupunun funksiyalarına daxildir. Monitorinq qrupunun üzvləri ölkənin ən ucqar rayonlarına, qaçqın və məcburi köçkünlərin sıx yaşadıqları yerlərə göndəriləcəklər. Ombudsman MSK-nın sədri Məzahir Pənahova monitorinq qrupunun üzvləri üçün treninqlərin keçirilməsində köməklik göstərməsini təklif edib.

Ombudsmanın sözlərinə görə, həbsxanalarda, hərbi hissələrdə, həmçinin qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları düşərgələrdə bir sıra əhəmiyyətli işlərin aparılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti