...

"ÇAĞRI" HƏRƏKATI MİLLİ MƏCLİSİN STRUKTURU ƏSASINDA "GƏNC PARLAMENT" YARADIB

Siyasət Materials 20 İyul 2005 15:56 (UTC +04:00)

Parlament seçkiləri üzrə "Çağrı" Hərəkatı "Gənc Parlament" yaradılması ilə bağlı layihə həyata keçirir. Trend in məlumatına görə, iyulun 20-də Beynəlxalq Mətbuat Mərkəzində "Gənc Parlament"in təqdimat mərasimi keçirilib. "Çağrı" Hərəkatının ictimaiyyətlə əlaqələr üzrə koordinatoru Zamin Tahirli bildirib ki,

Bir çox ölkələrdə təcrübədən keçirilmiş və uğur qazanmış "Gənc Parlament" ideyasını Azərbaycanda ilk dəfə olaraq irəli sürür, onun yaradılması ilə demokratiya uğrunda mübarizəyə, azad seçki keçirilməsinə dəstək verilməsi istiqamətində addım atırlar.

Z.Tahirli Gənc Parlamentin "Çağrı" Hərəkatının bazasında yaradıldığını, gənclərlə, qaçqın və məcburi köçkünlərlə, əhalinin aşağı təbəqəsi ilə yaxın əlaqələr quracaqlarını, parlamentin saytının açılacağını diqqətə çatdırıb.

"Çağrı" Hərəkatının beynəlxalq əlaqələr üzrə koordinatoru Zamin Tahirli "Gənc Parlament"in Milli Məclisin strukturu əsasında yaradıldığını, lakin gənclərin özlərinin bir çox yeniliklərinin olduğunu və dünya təcrübəsindən yararlandıqlarını deyib.

Onun sözlərinə görə, Gənc Parlament qanunlar qəbul edəcək, Nazirlər Kabinetinə təqdim edərək onların nəzərə alınmasına çalışacaq. Ə.Məmmədli bildirib ki, ABŞ, Ukrayna, Gürcüstan, Türkiyə və digər ölkələrin gənclər təşkilatları, vətəndaş cəmiyyəti institutları ilə əlaqələr qurublar, əməkdaşlıq edirlər.

Gənc Parlamentin rəhbərliyi, üzvləri seçilib, 13-14 komissiya yaradılıb. Əhməd Məmmədli bu parlamentin spikeri, Zamin Tahirli vitse-spikerdir. Parlament üzvlərinin sadə səs çoxluğu ilə həmçinin spikerin müavinləri, deputatlar və komissiya sədrləri də seçilib. Gənc Parlamentin hazırda 30 nəfər deputatı var, lakin onların sayının artırılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti