...

AZƏRBAYCAN PREZİDENTİ RUSLAN AUŞOVU QƏBUL EDİB

Siyasət Materials 20 İyul 2005 16:16 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyulun 20-də MDB üzvü dövlətlərinin hökumət başçıları Şurası yanında beynəlmiləlçi-döyüşçülərlə iş üzrə Komitənin sədri, İnquşetiyanın keçmiş prezidenti Ruslan Auşovu qəbul edib.

Trend agentliyi bildirir ki, keçirilən görüşdə Ruslan Auşov Azərbaycanda böyük yaradıcı işlərin aparıldığını qeyd edib.Xüsusilə respublikanın paytaxtında geniş miqyaslı tikinti işləri davam etdirilir ki, bu da ölkədə sabitliyin və sülhün təmin edilməsinin aydın göstəricisidir.

Öz növbəsində, Azərbaycan dövlətinin başçısı qeyd edib ki, Azərbaycanın möhkəmləndirilməsi və inkişafı üzrə aparılan planlı işlər bundan sonra da davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti