...

LƏNKƏRANDA İLİN SONUNADƏK 2050 ƏDƏD QAZ SAYĞACI QURAŞDIRILACAQ

Siyasət Materials 20 İyul 2005 16:40 (UTC +04:00)

Hazırda Lənkəranda əhalinin hesabına 44 qaz sayğacı quraşdırılıb. Bu barədə Trend ə rayonun İcra hakimiyyəti "Azəriqaz" Səhmdar Cəmiyyətinin Lənkərandakı qaz istismarı idarəsinə istinadən məlumat verilib.

İyulun 27-dən 300 sayğacın quraşdırılması prosesinə başlanılacaq.

Sayğaclar ilk növbədə müharibə veteranlarının, şəhid ailələrinin və aztəminatlı ailələrin mənzillərində quraşdırılacaq. Bu işin ilin sonuna kimi başa çatacağı gözlənilir.

2004-2005 -ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədar Lənkəranın qaz istismarı idarəsi 146 qaztəmizləyici şkafı təmir edib və 60 km uzunluqda aşağı və orta gərginlikdə qaz borusunu təmizləyib. Hazırki anda 2005-2006-cı il payız-qış mövsümündə qazın verilməsini yaxşılaşdırmaq məqsədilə təmir-tikinti işləri aparılır.

Xəbər lenti

Xəbər lenti