...

NOVRUZ MƏMMƏDOV: MDB DÖVLƏT BAŞÇILARI SAMMİTİNDƏ AZƏRBAYCANIN MÖVQELƏRİNİ QORUYACAĞIQ

Siyasət Materials 20 İyul 2005 17:18 (UTC +04:00)

"Avqustun 26-27-də Tatarıstanın paytaxtı Kazan şəhərində keçiriləcək MDB dövlət başçılarının sammitində prezident İlham Əliyev də iştirak edəcəkdir. Sammitin proqramı hələlik tərəflərə təqdim olunmamışdır. Amma, bunula belə dövlət başçısının Kazana səfəri proqramı çox zəngindir".

Bunu prezidentin İcra Apparatı (PİA) beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Trend ə verdiyi ekskluziv müsahibəsində bildirmişdir. Onun sözlərinə görə, səfər zamanı dövlət basçısı sammitdə iştirak etməklə yanası bir sıra ikitərəfli görüşlərdə də iştirak edəcəkdir.

"MDB dövlət başçılarının sammitində prezident İlham Əliyev müəyyən məsələlərin müzakirəsində iştirak edəcəkdir.Təbii ki, bu müzakirələrdə Azərbaycanın mövqelərini qorüyacağıq",-deyə Novruz Məmmədov vurğulamışdır.

PİA rəsmisi daha sonra, sammit çərçivəsində həmçinin, Azərbaycan və Ermənistan prezidentlərinin də görüşünün keçirilməsinin planlaşdırıldığını bildirmişdir.

"Sözsüz ki, indidən prezidentlərin müzakirə edəcəklərə məsələlər barədə proqnoz vermək bir qədər mürəkkəb məsələdir. Gözlənilir ki, danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində müəyyən irəliləyişlər əldə olunsun. Başqa sözlə, prezidentlərin danışıqlarından yeni nəyi isə gözləmək olar.

Hazırda bunula bağlı müəyyən danışıqlar aparılmaqdadır. Digər tərəfdən isə bizim mövqeyimiz dəyişməzdir . Bizim əsas söhbətimiz münaqişənin həllinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına yönəldiləcəkdir",-deyə Novruz Məmmədov vurğulamışdır.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən öncə isə iki ölkənin xarici işlər nazirləri avqustun 23-də Moskvada görüşəcəkdir. Görüşdə dövlət başçılarının müzakirə edəcəkləri məsələlər ilkin olaraq nəzərdən keçiriləcəkdir.

Xəbər lenti

Xəbər lenti