...

BAKIDA BİR NEÇƏ SEÇKİ DAİRƏLƏRİNDƏ NAMİZƏD KİMİ QEYDƏ ALINMAQDAN ÖTRÜ İMZA VƏRƏQƏLƏRİ ALMAQ ÜÇÜN BİR NEÇƏ MÜXALİFƏT LİDERİ MÜRACİƏT ETMİŞDİR

Siyasət Materials 20 İyul 2005 20:24 (UTC +04:00)

Parlament seçkilərinə rəsmi start verilməsindən yalnız iki həftə ötməsinə baxmayaraq, müxalifət liderləri indidən namizədliklərini irəli sürəcək dairələr uğrunda "gərgin mübarizə"yə qalxmışlar. Mərkəzi Seçki Komissiyasından Trend informasiya agentliyinə verilmiş məlumatda Bakı şəhərindəki bir neçə seçki dairələrində namizəd kimi qeydə alınmaqdan ötrü imza vərəqələri almaq üçün artıq bir neçə müxalifət lideri müraciət etmişdir. Məlumatda bunların sırasında 17 saylı Yasamal (üçüncü) və 33 saylı Xətai (birinci) seçki dairələrinin öndə getdiyi bildirilmişdir.

Əgər 17 saylı Yasamal (üçüncü) seçki dairəsində iki müxalifət lideri - "Milli Birlik" Hərəkatının lederi, sabiq dövlət katibi Lalə-şövkət Hacıyeva ilə sabiq prezident, Azərbaycan Sosial-Demokrat Partiyasının həmsədri Ayaz Mütəllibov mübarizə aparacaqsa, 33 saylı Xətai (birinci) seçki dairəsində bunların sayı üçdür. Belə ki, həmin seçki dairəsindən Azərbaycan Xalq Cəbhəsi (klassiklər) Partiyası Ali məclisinin sədri Zəlimxan Məmmədli, Müsavat Partiyası başqanının müavini, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu və "Bakı xəbər" qəzetinin baş redaktoru, Ali Məclisin üzvü Aydın Quliyev mübarizə aparırlar.

Doğrudur, sonuncu KİV-lərə verdiyi müsahibəsində Rauf Arifoğlunun xeyrinə öz namizədliyini geri götürəcəyini bildirmişdir. Müxalifət partiyaları rəhbərlərinin əksəriyyətinin Xətai rayonunda yaşadığını nəzərə alsaq, bu dairədən hələ bir neçə namizədin olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti