...

ARAZ ƏZİMOV AATŞ ÇƏRÇİVƏSİNDƏ KEÇİRİLƏN NÖVBƏTİ GÖRÜŞDƏ AZƏRBAYCANI TƏMSİL EDƏCƏK

Siyasət Materials 20 İyul 2005 20:26 (UTC +04:00)

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimov Avro-Atlantik tərəfdaşlıq Şurası (AATŞ) üzvü ölkələrinin xarici siyasət idarələri başçılarının sentyabrın birinci yarısında keçiriləcək növbəti görüşündə Azərbaycanı təmsil edəcək.Bu barədə Trend agentliyinə AR xarici işlər nazirliyində bildirilib.

XİN başçıları görüşünün gündəliyinə NATO və AATŞ -nin fəaliyyətində təhlükəsizlik məsələlərinin müzakirəsi və fikir mübadiləsi daxildir.

Xatırladaq ki, AATŞ üzvü ölkələrinin XİN başçıları iyunda Osloda qeyri-formal şəraitdə grüşmüşlər və dünyada təhlükəsizliyin təmin edilməsi sahəsində qarşılıqlı hərəkət perspektivlərinə dair fikir mübadiləsi aparmışlar.

AATŞ 1997-ci ildə şimali Atlantika əməkdaşlığı Şurasının yerinə yaradılıb və 19 üzv ölkəni və 27 tərəfdaş ölkəni birləşdirir.

Xəbər lenti

Xəbər lenti