...

İQTİDAR-MÜXALİFƏT PARTİYALARI ARASINDA GÖRÜŞ GƏLƏN HƏFTƏ KEÇİRİLƏ BİLƏR

Siyasət Materials 20 İyul 2005 20:27 (UTC +04:00)

Gələn həftə iqtidar və müxalifət partiyaları arasında növbəti görüş keçirilə bilər. Bu barədə Trend ə Müsavat Partiyası başqanının birinci müavini Vurğun Əyyub məlumat verib. O, bildirib ki, hazırda iqtidar və müxalifət partiyaları arasında keçiriləcək dəyirmi masa ilə bağlı müzakirələr aparılır.

Vurğun Əyyubun sözlərinə görə, bu həftənin sonu müzakirələr başa çatdırılacaq və görüşün tarixi təyin olunacaq. "Gələn həftə görüş baş tuta bilər. Məsləhətləşmələrin sonunda dəqiq qərar veriləcək və bundan sonra partiyalar dəvət olunacaqlar"-deyə V.Əyyub bildirib.

O, həmçinin qeyd edib ki, bu dəfəki dəyirmi masanın təşkilatçısı və ev sahibi Müsavat Partiyası olduğundan başqan İsa Qəmbər görüşdə özü iştirak edəcək. Görüşün formatına gəldikdə, Müsavat nümayəndəsi deyib ki, bundan əvvəlki dəyirmi masalarda iştirak edən partiyalar dəvət olunacaqlar və formatda dəyişiklik edilməyəcək.

Qeyd edək ki, bundan əvvəl iqtidar və müxalifət partiyaları arasında iki dəfə - Yeni Azərbaycan Partiyasının (YAP) və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qərargahlarında görüş keçirilib.

Xəbər lenti

Xəbər lenti