...

GƏNCƏDƏ 5 ULDUZLU OTEL TİKİLİR

Siyasət Materials 21 İyul 2005 11:56 (UTC +04:00)

Gəncə Olimpiya İdman Kompleksinin qarşısındakı boş sahədə artıq xeyli vaxtdır ki, tikinti işlərinə başlanılıb. "Çıraq M" MMC tərəfindən inşa edilən 10 mərtəbəli otel kompleksinin artıq bünövrəsi qoyulub. Şirkətin müdir müavini Mais Əhmədov Trend nümayəndəsinə kompleksin gələn ilin ikinci yarısında istifadəyə veriləcəyini bildirib: "Binanın ilk iki mərtəbəsində əsasən üzgüçülük hovuzu, idman zalı, kişi və qadın sanitar qovşağı və gözəllik salonu, tibb məntəqəsi, sauna, inzibatı və personal otaqlar, mühafizə kamerası və anbarlar, biznes mərkəzi, banket və konfrans zalı, 200 nəfərlik restoran, bar və köməkçi otaqlar yerləşəcək.

Binanın ətrafında isə avtomobil dayanacağı, 2 mərtəbəli 8 ədəd kotec, fəvvarə, idman meydançaları olacaq. Oteldə daha çox 1 və 2 yerlik 1 otaqlı nömrələr tikiləcək".

AzExCo şirkətinin layihələndirdiyi 5 ulduzlu otel kompleksinin texniki-iqtisadi göstəricilərinə görə tikinti sahəsi 2931, 2 m2, ümumi sahə 173 81, 5 m2, 1 otaqlı 1 yerlik nömrə - 63 nömrə, 1 otaqlı 2 yerlik nömrə - 33 nömrə
, 2 otaqlı 2 yerlik nömrə - 14 nömrə, 3 otaqlı 2 yerlik nömrə və apartament (xüsusi qonaqlar üçün otaq) - 1 nömrə olacaq.

M.Əhmədov tikintidə hal-hazırda 50-yə yaxın işçinin çalışdığını desə də, işin həcmi artdıqca onların da sayının artacağını qeyd edib. Tikintiyə sərf olunan vəsait barədə isə hesablama işləri aparıldığı üçün dəqiq rəqəm söyləməkdə çətinlik çəkdiyini bildirib.

Qeyd edək ki, otelin tikildiyi ərazidə müasir fəvvarə kompleksinin salınacağı planlaşdırılırdı.

Xəbər lenti

Xəbər lenti